Quançjouvan
From Wikipedia, the free encyclopedia
Quançjouvan (çin. ənən. 廣州灣, sadə. 广州湾, pinyin: Guǎngzhōuwān, ̺fr. Territoire de Kouang-Tchéou-Wan) — Çinin cənub sahilində yerləşən, 27 may 1898-ci Tzin imperiyası tərəfindən Fransaya icarəyə verilmiş kiçik eksklav.[1] Fransa Hind-Çininin bir hissəsi kimi Fransa tərəfindən idarə olunurdu. Ərazidə sürətli əhali artımı yaşanmamışdı. Sahilyanı Çinin digər hissələrindən fərqli olaraq, əhali 1911-ci ildə 189,000 nəfərdən 1935-ci ildə cəmi 209,000 nəfərə yüksəlmişdi. Regondakı sənayeyə gəmiçilik və kömür hasilatı daxildir.
Müstəmləkə 1943-cü ilin fevralında işğal edilmiş və Yaponiyaya verilmişdir. Bu, 1945-ci ildə Fransaya qaytarılmış, lakin 1946-cı ildə yenidən Çinə verilmişdir. Ərazinin ilkin adı olan Çjantzyan bərpa edilmişdir. Bu ərazidə yaşayan əhali kanton dili əvəzinə hokken dilində danışır.