Rzaqulu mirzə Əfşar
From Wikipedia, the free encyclopedia
Rzaqulu Mirzə Əfşar (15 aprel 1719 - 20 iyul 1747) — Əfşar imperiyasının qurucusu Nadir şah Əfşarın ən böyük oğlu. 1736-cı ildə atasının şah elan edilməsi zamanı Rzaqulunun 17 yaşı var idi. Nadirin şah olmasından sonra o, ən vacib vilayətlərdən biri olan Xorasanın hakimi təyin edildi. O, vəzifədə olduğu müddətdə üsyankar xanları ram edərək, atasının düşmənləri olan Buxara xanlığına son qoymaq üçün Buxaraya qədər yürüş edərək apararaq şücaət göstərmişdir. Nadir şah Hindistana yürüşə başlamazdan əvvəl Rzaqulunu imperiyanın naibi təyin etdi. Bu o demək idi ki, Rzaqulu atasının yoxluğunda imperiyanı idarə edəcəkdi. Rzaqulu bunu həyata keçirərkən imperiyada qarışıqlıq düşməsinin qarşısını alsa da, çox qəddarlıq edərə vergi topladı və bir xeyli insanı edam etdirdi. Keçmiş Səfəvi şahları və ata-bala II Təhmasib ilə III Abbası öldürtməsi əhali arasında çaxnaşma düşməsinə yol açdı. Nadir şah Hindistandan döndükdən sonra Rzaqulu ilə münasibətləri pozuldu və onu qəddarlığına görə naiblikdən kənarlaşdırdı.
Rzaqulu Mirzə Qırxlı-Avşar | |
---|---|
Rzaqulu Mirzə Nadir şah oğlu Qırxlı-Avşar | |
| |
1736 – 1738 | |
7 noyabr 1738 – 26 iyun 1740 | |
Sonrakı | Nəsrulla Mirzə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəlat, Xorasan bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Kəlat, Xorasan bəylərbəyliyi, Əfşarlar dövləti |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Nadir şah Əfşar |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Bundan sonra Rzaqulu atasının ordusunda komandanlardan biri kimi xidmət etməyə başladı. Lakin bir zamanlar çox yaxın olan ata-oğul münasibətləri tədricən pozuldu və mənfi münasibətə çevrildi. Tez-tez atası tərəfindən tənqidə məruz qalan Rzaqulu Nadir şahı tənqid etmiş, bu xəbər şaha çatdıqdan sonra oğluna qarşı şübhələri artmışdır. 1742-ci ildə Nadirə qarşı sui-qəsd olsa da, o, bundan sağ çıxmağı bacardı. Nadir sui-qəsdin təşkilatçısı kimi oğlundan şübhələnirdi və buna görə də, onu kor etdirdi. Lakin qəsdin onun tərəfindən təşkil edilmədiyi bilindikdən sonra Nadir çox peşman oldu və oğlundan onu bağışlamasını istədi. Rzaqulu 1747-ci ilə qədər Kelat qalasında yaşadı və bu ildə Nadirin ölümündən sonra taxta əsas iddiaçılardan olan əmisi oğlu Adil tərəfindən öldürüldü.
Fəaliyyətlərinə görə Rzaqulu öz müasirləri tərəfindən müsbət dəyərləndirilmişdir. O, qəddarlıqlar həyata keçirməsinə baxmayaraq, tarixçilər tərəfindən ədalətli hakim kimi təqdim edilir. Onun kor edilməsi həm atasının, həm də imperiyanın üzərində güclü təsir buraxmışdır. Kor edilmə hadisəsindən sonra Nadir psixoloji çöküş yaşamış və qəddar bir insana çevrilmiş, onun tiranlığı nəticəsində də bütün imperiyada üsyanlar başlamışdır. Dövrümüzün tarixçiləri iddia edirlər ki, Rzaqulunun taxta çıxışı nəticəsində Əfşar imperiyası yaxşı bir şəkildə idarə edilə bilərdi.