Təkcə adanı özünlə apara bilməzsən...
From Wikipedia, the free encyclopedia
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ayan Mirqasımova, Ketevan Boçorişvili, Kamal Xudaverdiyev, Kazım Abdullayev, Ramiz Məlikov ifa edirlər.[1]
Təkcə adanı özünlə apara bilməzsən... | |
---|---|
Fayl:Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980).jpg | |
Janr |
dram uşaq |
Rejissor | Gülbəniz Əzimzadə |
Ssenari müəllifi | Nadejda İsmayılova |
Baş rollarda |
Ayan Mirqasımova Ketevan Boçorişvili Kamal Xudaverdiyev Kazım Abdullayev Ramiz Məlikov |
Operator | Hüseyn Mehdiyev |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Mais Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 30 sentyabr 1980 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 64 dəq. |
Ölkələr |
![]() |
Dil | rusca |
İl | 1980 |
Texniki məlumatlar |
7 hissə 1806 metr 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |