Uşaqlıq yolu (anatomiya)
8-10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatazoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir / From Wikipedia, the free encyclopedia
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat. fornix vaginae adlanan həlqəvi bir yarıq əmələ gəlir. Təcrübə cəhətcə bu tağ dörd qismə bölünür: ön, iki yan və dal tağlar. Uşaqlıq yolunun dal divarı bir tərəfdən ön divardan təxminən 1,5–2 sm uzun olduğu üçün və digər tərəfdən uşaqlıq boynunu daha da yuxarıdan əhatə etdiyi üçün, dal tağ o birilərindən geniş və dərindir. Burada dal divar düz bağırsaq-uşaqlıq çalası tərəfdən periton ilə örtülü olur; beləliklə uşaqlıq yolu boşluğu periton boşluğundan ancaq arxa divar vasitəsilə ayrılmışdır. Bunun təcrübədə artıq əhəmiyyəti vardır, çünki bəzən cərrahi əməliyyat zamanı uşaqlıq yolu çırıldıqda və ya deşildikdə infeksiya uşaqlıq yolundan periton boşluğuna keçə bilər.
Uşaqlıq yolu | |
---|---|
Uşaqlıq yolu | |
Latınca | Vagina |
Yunanca | Colpos |
Qrey | subyekt 269 1264 |
Sistem | Sidik-cinsiyyət - lat. Systema urogenitale - BNA |
Üzv | Qadın cinsiyyət - lat. Organa genitalia feminina |
Arteriya | lat. art. uterina, art. pubenda interna, art. vesicalis inferior et artş rectalis media |
Vena | lat. Plexus venosus vaginalis |
Sinir | lat. Plexus utero vaginalis, n. pudendus |
Limfa | Daxili qalça və qasıq limfa düyünlərinə açılır |
Embrional | Müller axacağı - lat. ductus Mülleri |
MeSH | Vagina |
Dorlands/Elsevier | Vagina |
Vikianbarda əlaqəli mediafayllar |