Vikipediya:Cəsur ol
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 4 may — 29 may 2024
- Qüvvədədir: 29 may 2024-cü ildən
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qısaca bu səhifə deyir: 🫵 Hünərini göstər görüm. |
Çox istərdik ki, hamı cəsarətli olsun və Vikipediyanın daha da inkişaf etməsinə kömək olsun. Yəqin siz də neçə dəfə — Niyə bu səhifədə yazı səhvi, məna səhvi var, niyə daha yaxşı tərtib olunmayıb? demisiniz. Hər kəs bu problemləri həll etməklə, yazı səhvini düzəltməyə, faktlar əlavə etməyə, hərf səhvlərini düzəltməyə kömək etdiyi vaxt beləliklə viki daha sürətli inkişaf edir.
O məsələ barəsində danışmaq əvəzinə siz özünüz düzəldin. Problem haqqında yazmağa sərf etdiyiniz vaxt ərzində siz o səhvi özünüz düzəltməklə ensiklopediyanı təkmilləşdirə bilərsiniz. Vikipediya sizə təkcə məqalələr yazma və redaktə etmə imkanı vermir, o, sizdən bunu etməyinizi istəyir.
Cəsarətli redaktələriniz geri qaytarıldığında buna görə üzülməyin. Təbii ki, burada yazdıqlarınızı başqaları redaktə edəcəklər. Bunu şəxsi olaraq qəbul etməyin! Onlar hamımız kimi, sadəcə Vikipediyanı daha yaxşı bir ensiklopediyaya çevirmək istəyirlər. Eləcə də müzakirə səhifəsində mübahisə görəndə oturub izləməyin, cəsarətli olun və fikrinizi ora qeyd edin. Vikipediyada daha az irəli çıxan və redaktə edilmə nisbəti daha aşağı olan bəzi məqalələrdə cəsarətli redaktələrinizə dərhal cavab gəlməyə bilər. Bunu belə düşünün: Redaktələrinizdən birinin bəzən geri alındığını görmürsünüzsə, bəlkə də o qədər də cəsur deyilsiniz.