Vikipediya:Vandalizm
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 10 avqust 2020 - 25 avqust 2020
- Qüvvədədir: 25 avqust 2020-ci ildən
![]() |
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
![]() |
|
Vandalizm — Vikipediyanın mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək məqsədi ilə məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi.
Vandalizm özünü əsasən keyfiyyətli məqalənin məzmununun təhqir, söyüş və qraffiti ilə, ya da onun mövzusuna tamamilə dəxli olmayan mətnlə dəyişdirilməsində göstərir. Təcrübəsizlikdən və ya bilməyərəkdən məqalənin məzmununda yanlış düzəlişlərin edilməsi vandalizm kimi dəyərləndirilmir.
Əslində, vandalizm Vikipediya üçün elə də böyük təhlükə deyil. Belə ki, məqalədə edilmiş bütün dəyişikliklər xüsusi verilənlər bazasında saxlanılır. Bununla da vandal informasiyanı bütünlüklə məhv edə bilmir. Məqalədə vandalizm əlamətləri görən istənilən istifadəçi onun korlanmış versiyasını geri qaytarıb sonuncu normal versiyanı bərpa edə bilər. Statusundan asılı olmayaraq bütün istifadəçilər bu hüquqa malikdirlər. Vandala xəbərdarlıq etmək üçün onun müzakirə səhifəsinə {{Vandalizm}} yerləşdirmək kifayətdir.
Vandalizmlə məşğul olanlarla Vikipediyanın inkişafına təmənnasız xidmət edənlərin sayı təxminən eyni olduğundan istifadəçilərə yaradılmış bu şərait və verilmiş hüquqlar sonda ikincilərin xeyrinə işləyir. Belə ki, məqalələrə zərər vurmaq bu zərəri aradan qaldırmaqdan daha çox vaxt tələb edir.
Hazırda Vikipediyada hətta ən böyük vandalizmin nəticələri belə bir qayda olaraq qısa zaman içində aradan qaldırılır.