Yaponiyanın kapitulyasiyası
From Wikipedia, the free encyclopedia
Yaponiyanın kapitulyasiyası 2 sentyabr 1945-ci il— İkinci dünya müharibəsində hərbi əməliyyatlara son qoyan hadisə.
Yaponiyanın kapitulyasiyası | |
---|---|
Tarix | 2 sentyabr 1945 |
Vikianbarda əlaqəli mediafayllar |
İyulun sonuna Yaponiya imperator donanması öz hazırlığını başa çatdıra bilmədi, müttəfiqçilərin Yaponiya ərazisinə soxulma təhlükəsi yarandı. Buna baxmayaraq açıqça sonuna kimi mübarizə aparmağı elan edən Yaponiyanın böyük hərbi şürası ("Böyük altılıq"), neytral Sovet hakimiyyəti ilə gizli öz maraqlarını güdən müqavilə bağlamaq istəyirdi. Həmin vaxtda Sovetlər birliyi Tehran və Yalta konfransının şərtlərini yerinə yetirmək üçün Yaponiyaya hücuma hazırlaşırdı.
6 avqustda amerikalılar Xirosimoya nüvə bombası atdılar. 8 avqustda Sovet hakimiyyəti Yaponiyaya müharibə elan etdi, 9 avqustda hərbi əməliyyatlara başlayaraq Mançjou-qoya hücum etdi. Bütün bu hadisələrin ümumi şoku imperator Hirohitonu işə qarışmağa vadar etdi və Böyük altılığı sülh müqaviləsini imzalamağa çağırdı. Bir neçə gün uğursuz müqavimətdən və nəticəsiz hakimiyyət çevrilişindən sonra, imperator Xirokito 15 avqustda xalqa radio vasitəsilə Yaponiyanın kapitulyasiyasını elan etdi.
28 avqustda Yaponiyanın müttəfiqçilər tərəfindən işğalı başlandı. Kapitulyasiyanın imzalanma mərasimi 2 sentyabrda ABŞın "Missuri" adlı hərbi gəmisində baş tutdu. Kapitulyasiyanın imzalanmasına baxmayaraq Yaponiyanın bəzi ada ərazilərində hərbi qarşıdurmalar baş verirdi. Kapitulyasiyanın imzalanması ikinci dünya müharibəsinin sona çatmağı hesab edilir.
Hərbi əməliyyatlar rəsmi olaraq 28 aprel 1952-də San-Fransiskoda sülh müqaviləsinin imzalanmasıyla başa çatdı.