Yekbun
From Wikipedia, the free encyclopedia
Yekbun (azərb. Birlik) — Sovet İttifaqında kürdlər arasında yaradılmış və kürd mədəniyyətini Sovet İttifaqı sərhədləri daxilində muxtar etmək və Kürdüstanın muxtariyyətini qurmaq üçün fəaliyyət göstərən kürd siyasi təşkilatı.
Yekbun | |
---|---|
ing. Yekbûn | |
Yaranma tarixi | 1989 |
Mərkəzi | SSRİ |
Qurucusu | Mehmed Babayev |
1980-ci illərin yenidənqurma siyasətlərindən sonra sovet kürdlərinin mədəni səyləri və muxtariyyət tələbləri özünü daha qabarıq göstərdi. Bütün respublikalarda yaşayan kürdlər 1989-cu ildə Yekbun adlı təşkilatda birləşərək Kürdüstan qəzasını yenidən qurulması üçün çalışdılar. Sovet hakimiyyəti kürd muxtariyyətinin yenidən qurulması üzərində işləməyə başladı, lakin ideoloji fərqliliklər, azəri-erməni münaqişələri, Türkiyənin müdaxiləsi və Sovet İttifaqının dağılması kimi səbəblərdən Kürd Muxtar Vilayəti yaradıla bilmədi.
1989-cu il siyahıyaalınmasının nəticələrinə görə, ölkədə cəmi 152.717 kürd yaşayırdı.