Yetkinlik yaşı
From Wikipedia, the free encyclopedia
Yetkinlik yaşı — qanunla şəxsin tam fəaliyyət qabiliyyətli hesab olunduğu yaş. Yetkinlik yaşına çatmayanlar həmin andan sonra artıq öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilirlər, eləcə də himayəçiliyə və valideynlərinin onların hərəkətlərinə görə hüquqi məsuliyyətinə xitam verilmiş olur. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır. Yetkinlik yaşı şəxsin psixi pozuntusu və cinsi inkişafı ilə əlaqədar deyil.
Yetkinlik yaşı keçid dövrü, cinsi əlaqədə olmaq yaşı, nikah yaşı, məktəbi bitirmək yaşı, alkoqollu içkilər qəbul etmək, nəqliyyat vasitəsini idarə etmək, səsvermə yaşı, tütün məmulatlarından istifadə, qumar yaşı və s. ilə qarışdırılmamalıdır. Onların hər biri ayrılıqda müəyyən edilir.
Şəxs yetkinlik yaşına çatsa da, yaş məhdudiyyətinə məruz qala bilər: məsələn, seçkili və təyinatlı vəzifələrdə belə məhdudiyyət tətbiq edilir.