Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden.

Cəld faktlar "" ordeni, Ölkə ...
"Təbəssüm" ordeni
Order Uśmiechu
Thumb

Ölkə
Tip orden
Deviz Dobro wszystkich dzieci na świecie najwyższym celem ludzi szlachetnych, Blaginja vseh otrok na svetu je najvišji cilj plemenitih ljudi
Statistika
Təsis tarixi 1968
orderusmiechu.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var.

Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb. Mükafatın təqdimetmə mərasimi 2007-ci il martın 13-də Rəşid Behbudov adanı Mahnı Teatrında keçirilib. Mükafatı xüsusi olaraq bu məqsədlə Bakıya gələn Təbəssüm Orbeni Kapitulasının sədri Marker Mixalak şəxsən təqdim edib.

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.