Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti
From Wikipedia, the free encyclopedia
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.[2] SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib.[1] SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur.[2] Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar. Buna misal, İngiltərə (CHAPS), Fransa (SAGITTAIRE), İsveçrə (SIC) göstərmək olar.[3] Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir.[4] Bir ildə SWIFT ilə 5 milyard informasiya mübadiləsi aparılır.[5] Sovet İttifaqında SWIFT sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb.[1]
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) SWIFT | |
---|---|
Society for Worldwide Interbank Financial Telecommunication (SWIFT) | |
Növü | Kooperativ cəmiyyəti |
Yaranma tarixi | 3 May 1973 [1] |
Mərkəzi | La Hulpe, Belçika [1] |
Üzvləri |
|
swift.com |
SWIFT şifrə– ISO 9362 standartı əsasında yaradılan və SWIFT sistemində maliyyə hesablaşmaları iştirakçılarını identifikasiya etmək üçün nəzərdə tutulmuş unikal şifrədir. Bu standarta əsasən SWIFT BIC şifrəsi özündə hərf-rəqəm kombinasiyası növünü əks etdirir:[2]
BBBB CC LL bbb
Şifrənin hər hissəsi aşağıdakı kimi müəyyən edilir:
BBBB — maliyyə təşkilatının şifrəsi və hesablaşma iştirakçılarını identifikasiya edən unikal 4 simvollu hərfi şifrədir.
CC — ölkə kodu və ISO 3166 standartı əsasında 2 simvollu hərfi koddur.
LL — 0 və 1 rəqəmlərindən başqa 2 simvollu hərf-rəqəm tipli yerləşməni bildirən koddur. Cütlükdə 1 rəqəmindən istifadə olunması qeyri-fəal koda, 0 isə SWIFT şəbəkəsində işi test etmək üçün nəzərdə tutulmuş xüsusi hala işarədir.
bbb — filialın kodudur. Filiallar olmadığı təqdirdə isə XXX simvollarından istifadə edilir.