Üzeyir Hacıbəyov
Azərbaycanlı bəstəkar / From Wikipedia, the free encyclopedia
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[1][2][…], Bakı[3]) — Azərbaycan[5][6][7][8][9] bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938).
Üzeyir Hacıbəyov | |
---|---|
1939 – 23 noyabr 1948 | |
Sonrakı | Qara Qarayev |
1936 – 23 noyabr 1948 | |
Sonrakı | Səid Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 (18) sentyabr 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1948(1948-11-23)[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | dirijor, bəstəkar, musiqi pedaqoqu[d], yazıçı, jurnalist, musiqi etnoqrafı[d], dramaturq |
Atası | Mirzə Əbdülhüseyn bəy Hacıbəyov[d] |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | musiqi[4], xalq mahnısı[4], folklorşünaslıq[4], musiqişünaslıq[4] |
|
|
Təltifləri |
1938 1945 1944 1945 1938 1937 1946 1941 |
hajibeyov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.[10][11]
Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır. Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və s. maestronun tələbələrindən idilər.[12]