İSimanqaliso Milli Parkı
From Wikipedia, the free encyclopedia
iSimanqaliso bataqlıq parkı və ya iSimanqaliso Milli Parkı (əvvəllər Müqəddəs Lusiya gölü bataqlıq parkı kimi də tanınırdı) — CAR-ın Kvazulu-Natal vilayətinin şərq sahilində, yol ilə Durbandan təxminən 235 kilometr şimalda yerləşir. Şimalda Mozambik sərhəddindən Müqəddəs Lusiya gölünün cənubundakı Mapelanaya qədər sahil xəttinin 280 km-ni əhatə edən qoruq Cənubi Afrika Respublikasındakı üçüncü ən böyük qorunan ərazidir. Park iSimanqaliso səlahiyyətliləri tərəfindən idarə olunan və 3,280 km2 sahəsindəki təbii ekosistemlərdən ibarətdir.
İSimanqaliso Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Mütləq hündürlüyü | 18 m |
Yaradılma tarixi | noyabr 2000[2] |
Yerləşməsi | |
28°00′ c. e. 32°30′ ş. u. | |
Ölkə | |
isimangaliso.com | |
Rəsmi adı | iSimangaliso Wetland Park |
Tipi | Təbii |
Kriteriya | (vii), (ix), (x) |
Tarixi | 1999 (23-cü sessiya) |
İstinad nöm. | 914 |
Ölkə | CAR |
Region | Afrika |
Rəsmi adı | St. Lucia System |
Tarixi | 2 oktyabr 1986 |
İstinad nöm. | 345 |
Vikianbarda əlaqəli mediafayllar |
Park əvvəllər Böyük Müqəddəs Lusiya bataqlıq parkı olaraq tanınsa da, 1 Noyabr 2007-ci ildə ərazinin adı dəyişdirilmişdir. İsimanqaliso sözü zulu dilində "möcüzə" və ya "heyrətamiz bir şey" mənasında işlədilir. Bu ad Çakanın Tsonqa ölkəsinə göndərilməsinin nəticəsi olaraq ortaya çıxmışdır. O, geri qayıdanda gördüyü gözəlliyi bir möcüzə kimi təsvir etmişdi.