İbrahim ağa Vəkilov
Azərbaycan hərb xadimi, topoqraf və general-mayor / From Wikipedia, the free encyclopedia
İbrahim ağa Vəkilov (İbrahim ağa Paşa ağa oğlu Vəkilov; 16 oktyabr 1853, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 12 fevral 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın "Şire-Xorşid" ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atasıdır.
İbrahim ağa Vəkilov | |
---|---|
23 iyun 1918 – 6 may 1920 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Xudadat bəy Rəfibəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1853(1853-10-16) |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1934(1934-02-12) (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Rusiya İmperiyası AXC SSRİ |
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | general-mayor |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |