İbtidai icma quruluşu
From Wikipedia, the free encyclopedia
İbtidai-icma quruluşu— ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş.
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur.
Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur.Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir.
İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür:
- Daş dövrü.
- Tunc dövrü.
- Dəmir dövrü.
Daş dövrünün özü də üç mərhələyə ayrılır:
- Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir)
- Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir)
- Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir)
Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir.Eneolit daş dövrünün sonu - metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI-IV minillikləri əhatə edir.Eneolitin sonunda Tunc dövrünə keçidin əsası qoyulmuşdur.
Tunc dövrü də üç mərhələyə bölünür:
- erkən tunc dövrü;(e.ə IV minilliyin II yarısından e.ə III minilliyin sonlarına qədər davam etmişdir)
- orta tunc dövrü;(e.ə III minilliyin sonlarından e.ə II minilliyin ortalarına qədər davam edir)
- son tunc dövrü.(e.ə XlV əsrdən e.ə VII əsrə qədər davam etmişdir)