İfritə
From Wikipedia, the free encyclopedia
İfritə — folklora və xalq xürafatlarına görə, iblislə ittifaq bağlamış cadugər qadın. İfritələrə inam xüsusilə orta əsrlərdə yayılmışdır. XV–XVII əsrdə baş vermiş ifritələrin ovu ilə əlaqədar "İfritələrin gürzü" kodeksi buraxılmışdır. Ehtimal edilmişdir ki, ifritələr cin-şəyatinlə ünsiyyət üçün gecə məclislərinə (şabaşlara) süpürgə, keçi və ya donuz üstündə uçuşub gəlirdilər. Habelə hesab edilmişdir ki, ifritələr təqvim bayramları zamanda (məsələn, Valpurgiya gecəsində) xüsusilə təhlükəlidirlər. İfritələr haqqında təsəvvürlər təsviri sənətdə (Hans Baldunq) və ədəbiyyatda (Vilyam Şekspir, Nikolay Qoqol) var.