İki şəhərin hekayəsi
From Wikipedia, the free encyclopedia
İki şəhərin hekayəsi — Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir.[1] 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır.[2] Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir.[3] Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür.[4] Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır.[5] Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757-1794-cü illəri əhatə edir.[6]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İki şəhərin hekayəsi | |
---|---|
ing. A Tale of Two Cities | |
Müəllif | Çarlz Dikkens |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1859 |
Sonrakı | Böyük ümidlər |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır.[7] Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır.[8]