From Wikipedia, the free encyclopedia
İkinci İtaliya İstiqlaliyyət müharibəsi, Avstriya-İtaliya-Fransa müharibəsi,[3] Fransa-Avstriya müharibəsi, Avstriya-Sardiniya müharibəsi və 1859-cu il İtaliya müharibəsi (it. Seconda guerra d'indipendenza italiana; fr. Campagne d'Italie)[4] — 1859-cu ildə İkinci Fransa imperiyası və Sardiniya krallığının Avstriya imperiyasına qarşı apardığı müharibə. Bu, İtaliyanın birləşməsi prosesində həlledici rol oynamışdır.
İkinci İtaliya İstiqlaliyyət müharibəsi | |||
---|---|---|---|
Risorcimento | |||
| |||
Tarix | 26 aprel – 12 iyul 1859 | ||
Yeri | |||
Səbəbi | Sardiniyanın Avstriyanın demobilizasiya tələbini yerinə yetirməkdən imtinası | ||
Nəticəsi | Müttəfiqlərin qələbəsi | ||
Ərazi dəyişikliyi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İtalyan xalqı üçün İtaliyanı birləşdirmək uğrunda (Lombardiya və Venesiya Avstriyanın tabeliyində idi) milli azadlıq müharibəsi olan bu müharibə 29 aprel 1859-cu ildə başlamışdır. Müttəfiqlər Avstriya qoşunlarını bir neçə dəfə məğlub etmiş, lakin Prussiyanın Reynə qoşun toplamasından, İtaliyada milli azadlıq hərəkatının genişlənməsindən qorxan, vahid və qüvvətli İtaliya dövlətinin yaranmasını istəməyən III Napoleon müvəffəqiyyətli döyüş əməliyyatlarını dayandırmış və 1859-cu ildə Avstriya ilə separat Villafranka barışığı imzalamışdır. Lombardiya Sardiniyaya birləşdirilmiş, Venesiya Avstriyanın hakimiyyətində qalmışdır. 1860-cı ildə Sardniya bağlanmış Turin müqaviləsinə görə, İtaliyanın Savoyya və Nitsa vilayətləri Franasaya verilmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.