İkinci Dünya müharibəsi dövründə Antarktida
From Wikipedia, the free encyclopedia
İkinci Dünya müharibəsi zamanı mövcud olan beynəlxalq dövlətlərarası rəqabət genişləyərək Antarktidaya da çatmış, lakin bölgə müharibələrə şahidlik etməmişdi. Müharibənin başlamasına az qaldığı ərəfələrdə, Nasist Almaniyası 1938-ci ildə Üçüncü Alman Antarktida ekspedisiyasını başlatmışdı. Almanlarınm məqsədi Norveçin Kraliça Mod Torpağına iddiasının qarşısını almaq idi.[1] Ekspedisiya yeni alman iddiası üçün əsas rolunu oynadı və Yeni Şvabiya adlandırıldı.[2] Bir il sonra Amerika Birləşmiş Ştatlarının Antarktika Xidməti Ekspedisiyası iki bazanın əsasını qoydu və bura tərk edilməmişdən əvvəl iki il fəaliyyət göstərdi.[3] Bütün bu baş verənlərdən və Avropada müharibənin yaratdığı qarışıqlıqlardan yararlanmaq istəyən, bölgəyə yaxın dövlətlər olan Çili və Argentina da öz iddialarını səsləndirməyə başladılar. 1940-cı ildə Çili artıq Böyük Britaniya tərəfindən iddia edilən bölgənin Çili Antarktik Bölgəsi olduğunu elan etdi. 1943-cü ildə eyni ərazi Argentina tərəfindən Argentina Antarktikası adı ilə elan edildi.
Almaniya, Çili, Argentina və ABŞ-nin bu fəaliyyətlərindən sonra Böyük Britaniya 1943-cü ildə Tabarin əməliyyatını başlatdı. Əməliyyatın məqsədi bölgədə daimi mövcudiyyət formalaşdırmaq, Folkland Adaları Asılılığını möhkəmləndirmək,[4] həmçinin uzaq adalardan öz məqsədləri üçün istifadə etdiyi məlum olan alman hərbi dəniz qüvvələri - Kriqsmarine gəmilərinin rahatlığına əngəl olmaq idi. Həmçinin Böyük Britaniya tərəfində Folklend adalarının yaponlar tərəfindən ələ keçirilməsi qorxusu da var idi. Ekspedisiyanın başladaraq leytenant Ceyms Marr 29 yanvar 1944-cü ildə Folkland adalarından yola çıxdı.[5] Desepşen adasında, Qreyam Torpağı adasında və Ümid sahilində bazalar formalaşdırıldı. Tabarin əməliyyatı ilə başlayan tədqiqatlar sonrakı illərdə də davam etdi və nəticədə Britaniya Antarktika Tədqiqatına çevrildi.[6]
Müharibədən sonrakı dövrdə də Antarktida uğrunda mübarizə davam etdi və bu dəfə yarışa ABŞ-la Sovet İttifaqı da qatıldı. 1950-ci illərin sonlarında bu yarışma Antarktika haqqında konvensiya və Beynəlxalq Geofizika İli layihəsi ilə ğz yerini Antarktida barədə beynəlxalq əməkdaşlıq çərçivəsinə çevrildi.[7][8]