From Wikipedia, the free encyclopedia
İlona Elek (mac. Ilona Elek; 17 may 1907, Budapeşt – 24 iyul 1988, Budapeşt) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır.[2]
İlona Elek | |
---|---|
mac. Ilona Elek | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Csibi[1] |
Vətəndaşlığı | Macarıstan |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Macarıstan |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
İdman növü | Qılıncoynatma |
Vikianbarda əlaqəli mediafayllar |
İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir.
O, 1946-1947, 1949-1950 və 1952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.
II Dünya müharibəsindən sonra 1948-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında da qalib gələrək, Londondan qızıl medal ilə ayrılmışdır. Bu yarışlar zamanı Elekin 41 yaşı var idi. 1952-ci ildə keçirilən Helsinki Olimpiyadasında isə gümüş medal qazanaraq 2-ci yeri tutmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.