İnsan genetikası
From Wikipedia, the free encyclopedia
Antropogenetika — insan genetikasını öyrənən elm sahəsinə deyilir.
İnsan digər orqanizmlər kimi cinsi yolla çoxalır, dominant və resessiv əlamətlərə malikdir, irsiyyət qanunauyğunluqları insana da xasdır. Lakin insan genetikasını öyrənməyin bir sıra çətinlikləri vardır:
- Hər şeydən əvvəl insanın genetikasını öyrənməkdə bitkilər və heyvanlar aləmində tətbiq olunan əsas hibridoloji üsuldan istifadə etmək çox çətindir. İnsanların ailə qurması, nəsil artırması tədqiqatçının arzusu ilə deyil, bir sıra sosioloji amillərlə əlaqədardır.
- İnsan nisbətən az nəsil verən canlıdır.
- Xromosomların miqdarının çox olması.
- İnsan gec yetişəndir. Bir insan ömrü ən yaxşı hallarda bir-iki nəsli öyrənməyə çata bilər.
Lakin bu çətinliklərə baxmayaraq alimlər insanın genetikasını öyrənməyə yollar tapmışlar. Hələ XIX əsrin axırlarında F. Qalton (Çarlz Darvinin bibisi oğlu) insanın genetikasını öyrənmək üçün bir neçə üsul irəli sürmüşdü. Bunlardan genealoji, əkizlər və statistik üsulları qeyd etmək olar. Get-gedə insanın genetikasını öyrənməkdə bir neçə üsul formalaşmağa başlamışdır. Bunlardan genealoji, sitogenetik, biokimyəvi, toxuma kulturası, populyasiya üsulları və sairəni göstərmək olar.