İohann Altuzi (alm. Johannes Althusius) (1557–1638)[1] Alman filosofu, ilahiyyatçısı.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
İohann Altuzi
alm. Johannes Althusius
Thumb
1620-ci ildə çəkilən portreti.
Doğum tarixi
Doğum yeri Almaniya Almaniya
Vəfat tarixi
Vəfat yeri Almaniya Almaniya
Milliyyəti Alman
Təhsili
Fəaliyyəti ilahiyyatçı filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Fəlsəfəsi

İohann Altuzi elə bir müqavilə nəzəriyyəsini təklif etdi ki, o, dinə deyil, müxtəlif ictimai birliklərin mövcudluğuna əsaslanmış olsun.Bu nəzəriyyədə müqavilə anlayışı həm müxtəlif sosial qruplar arasındakı, həm də, hökmdarlar və təbəələr arasındakı qarşılıqlı əlaqələrin izahı üçün tətbiq edilir. Müxtəlif birliklər - ailə, gildiya, yerli icma, əyalət, millət – müxtəlif vəzifələrə malikdirlər və müxtəlif razılaşmalara uyğun olaraq qurulurlar. Ali hakimiyyət həmişə xalqa yəni, fərdlərə deyil, iyerarxik olaraq qaydaya salınmış ictimai üzvi birliklərə - ailədən dövlətə kimi - məxsusdur.

Kral və dövlət xidmətçiləri xalqdan hakimiyyəti o şərtlə alırlar ki, onlar müqavilənin özlərinə aid hissələrini yerinə yetirirlər. Bu Altuziyə izah etməyə imkan verir ki, ali hakimiyyətin həmişə xalqa məxsus olmasına baxmayaraq, kral və bürokratiya inzibati hakimiyyətə əslində hansı yolla malik olurlar. Hər bir şey spesifik dini anlayışlarla deyil, sosial qruplar arasında olan razılaşma, müqavilə ilə izah edilir.

Müstəqil milli dövlətlərin yaranmasından sonra, onların qarşılıqlı münasibətləri barədə məsələ meydana çıxdı. Bu qarşılıqlı münasibətləri nizama sala bilən hər hansı bir təsisat yox idi. Bundan da daha çox deyilsə, milli dövlətlərdə mövcud olan hüquqi təlimlər belə bir fikrə əsaslanırdı ki, qanunlar milli kral tərəfindən yaradılır və onlar deməli ki, yalnız onun dövlətinə tətbiq oluna bilər.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.