İqnats Zemmelveys
From Wikipedia, the free encyclopedia
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis, mac. Ignaz Semmelweis; 1 iyul 1818[1][2][…] – 13 avqust 1865[3][1][…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir.[4][5][6] Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.[7][8]
İqnats Filipp Zemmelveys | |
---|---|
alm. Ignaz Philipp Semmelweis | |
Doğum tarixi | 1 iyul 1818(1818-07-01)[1][2][…] |
Vəfat tarixi | 13 avqust 1865(1865-08-13)[3][1][…] (47 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | Mamalıq elmi, ginekologiya, cərrahiyyə |
İş yeri | Budapeşt Universiteti |
Alma-mater |
Vyana Universiteti Budapeşt Universiteti |
Təhsili |
|
Tanınır | Aspetika banisi |
Vikianbarda əlaqəli mediafayllar |
Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.[9][10][11]
Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.[12]
Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.[13][4]