İran–Səudiyyə Ərəbistanı münasibətləri — Səudiyyə Ərəbistanı və İran arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında münasibəıtlər İran İslam İnqilabından (1979) sonra olduqca gərgindir. Səudiyyə Ərəbistanı tehranı Şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. Bununla yanaşı həcc ziyarətinin həyata keçirilməsində iranlı zəvvarlar üçün müəyyən problemlər yaranır. İkitərəfli münasibətlər (1988 və 2016) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə dayandırılmışdır. İki ölkə Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra 10 mart 2023-cü ildə əlaqələrin bərpa olunduğunu elan etmişdir. Birgə bəyanatda onların səfirliklərinin iki ay ərzində yenidən açılacağı bildirildi. Razılaşmaya gedən yol bir neçə il ərzində İraqın ev sahibliyi etdiyi beş raund barışıq danışıqları ilə açılıb.