İspaniya krallarının siyahısı
From Wikipedia, the free encyclopedia
İspaniya kralı (isp. Rey de España) — XV əsrin sonu — XVI əsrin əvvəllərində Kastilya və Leon Krallığının Araqon Krallığı ilə birləşməsi ilə yaranan İspaniya Krallığının hökmdarlarının adı. İspaniya monarxlarının nömrələnməsi Kastiliya krallarının nömrələnməsini davam etdirir.
Orta əsrlərdə bütün İspaniyanın imperatoru titulundan istifadə olunurdu. Rəsmi olaraq İspaniya Kralı titulunu ilk alan II Filip oldu.