İsrail çərkəzləri
From Wikipedia, the free encyclopedia
İsrail çərkəzləri (adıq Израилым ис Адыгэхэр; ivr. הצ'רקסים בישראל) — etnik çərkəz olan israillilərdir. Onlar XIX əsrdə Qafqaz müharibəsi zamanı Rusiya imperiyası tərəfindən həyata keçirilən Çərkəz soyqırımı nəticəsində formalaşmış çərkəz diasporunun bir qoludur. Çərkəzlər əslən çərkəz dillərində danışan və Şimali Qafqazdakı tarixi Çərkəz bölgəsindən olan Abxaz-adıq dilləri ailəsinə aid etnik qrupdurlar.[4] İsraildəki çərkəzlərin əksəriyyəti müsəlmandırlar.
İsrail çərkəzləri | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Cəmi: 4000[1][2]– 5000[3] Kfar-Kama, Reyhaniyə |
|
Dili | Qafqaz dilləri (Adıq dili, Kabarda-çərkəz dili), Müasir ivrit dili, Ərəb dilinin Suriya-Fələstin dialekti, İngilis dili |
Dini | islam (sünnilər) |
Vikianbarda əlaqəli mediafayllar |
İsrail çərkəzləri əsasən İslam dininin sünni qoluna sadiqdirlər; onların sayı təxminən 4000-5000 nəfər olmaqla, İsrailin iki şəhərində: Kfar-Kama (Кфар Кама) və Reyhaniyədə (Рихьаные) yaşayırlar. Onlar 1870-ci illərdə Osmanlı imperatorluğu tərəfindən Qalileyaya yerləşdirilən iki çərkəz diaspor qrupunun nəslindəndirlər.
Çərkəzlər İsraildəki (Druzlarla yanaşı) iki milli azlıq qruplarından biridirlər ki, onlarda İsrail Silahlı Qüvvələrində (İSQ) məcburi hərbi xidmətə cəlb olunurlar. İSQ-i çərkəz və druz icmalarından yalnız kişilərin hərbi xidmətə çağırılmasını məqbul qəbul edir; bu siyasət İsrailin yəhudi əksəriyyətinə tətbiq edilən siyasətdən fərqlidir,çünki, İsraildə kişilərlə bərabər qadınlar da hərbi xidmətə çağırılır.[5][6]