İsrail coğrafiyası
From Wikipedia, the free encyclopedia
İsrail coğrafiyası — İsrail Dövlətinin coğrafiyası. İsrailin coğrafiyası çox müxtəlifdir. Belə ki, ölkənin cənubunda səhra şəraiti hökm sürsə də, şimal əraziləri qarlı dağlarla əhatə olunmuşdur. İsrail Asiya qitəsinin qərbində və Aralıq dənizinin şərq sahilində yerləşir.[2] Ölkə şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən isə Misirlə həmsərhəddir. İsraildən qərb istiqamətində Aralıq dənizi və Qəzzə zolağı yerləşir.[3]
İsrail coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Yaxın Şərq |
Koordinatlar | 31°00'ş.e, 35°00'ş.u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 273 km |
Sərhədlər |
1,068 km İordaniya: 307 km Livan: 81 km Suriya: 83 km İordan çayının qərb sahili: 330 km Qəzzə zolağı: 59 km |
Ən yüksək nöqtə | 1,208 m (Meron dağı) |
Ən alçaq nöqtə | −430.5 m (Ölü dəniz) |
Ən böyük çay | İordan çayı (251 km) |
Ən böyük göl | Təbəriyyə gölü (166 km²) |
Vikianbarda əlaqəli mediafayllar |
İsrailin ümumi sahəsi 20,770 km²-dir ki, bunun da 445 km²-ni su sahəsi təşkil edir. Ölkə şimaldan cənuba doğru 424 km, qərbdən şərqə doğru isə 114 km məsafədə uzanır.[3]
İsrailin cənubunun əsas hissəsini ümumi sahəsi 16 min km² olan Neqev ərazisi əhatə edir. Neqevdən şimalda Yəhudi səhrası yerləşir. Ölkənin İordaniya ilə arasında sərhəddə dünyanın ən alçaq nöqtəsi olan Ölü dəniz yerləşir. İsrailin daxilində yerləşən ən böyük göl olan Təbəriyyə gölü şərqdən Qolan təpələri ilə əhatə olunmuşdur. Qolan təpələrində yerləşən ən hündür zirvə isə Hermon dağıdır.[4]