İv Sen Loran (film)
From Wikipedia, the free encyclopedia
İv Sen Loran (fr. Yves Saint Laurent) 2014-cü ildə, Cəlil Lespertin rejissorluğu, Jak Fieşi, Ceremi Gez və Mari-Pyer Hasterin həmmüəllifliyi ilə çəkilmiş fransız bioqrafiya filmidir. Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır.
Bu məqalə Rejissor Cəlil Lespert İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film haqqındadır. Rejissor Bertrand Bonellonun İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film üçün San Loran (film, 2014) səhifəsinə baxın. |
Cəld faktlar İv San Loran, Janr ...
İv San Loran | |
---|---|
Yves Saint Laurent | |
| |
Janr | bioqrafik film[1], dram filmi[2][3][…], LGBT mövzulu film[d] |
Rejissor | Cəlil Lespert |
Prodüserlər |
Yannik Bollore Vassim Beji |
Əsərin müəllifi | Lorens Benyaminin "İv San Loran" bioqrafiyası |
Ssenari müəllifləri |
Jak Fieşi Ceremi Gez Mari-Pyer Hasterin |
Baş rollarda |
Pyer Niney Gilyom Qalen Şarlotta Le-Bon Laura Smet Mari de Vilpen Ksavye Lafit Nikolay Kinski Aleksandr Steycer Jan-Eduard Bodziak |
Operator | Tomas Hardmeyer |
Bəstəkar | İbrahim Maaluf[4] |
İstehsalçılar |
İstefsal edən: Canal+, SND, Wy Productions Distribütor: The Weinstein Company (ABŞ) |
Distribütor | The Weinstein Company[d], Netflix |
İlk baxış tarixi | 8 yanvar 2014 |
Müddət | 105 dəq.[5] |
Büdcə | €12 milyon |
Gəlir | $23,292,860[6] |
Ölkələr | Fransa |
Dillər |
fransız ingilis rus ərəb yapon |
Rəng | rəngli |
Çəkiliş yeri | Paris |
IMDb | ID2707858 |
Bağla