Şərur rayonu
Azərbaycan Respublikasının tərkibindəki Naxçıvan Muxtar Respublikasında rayon / From Wikipedia, the free encyclopedia
Şərur rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonu Şərur rayonu adlandırılmışdır.[3]
Rayon | |
Şərur | |
---|---|
39°33′09″ şm. e. 45°03′47″ ş. u. |
|
Ölkə | |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Şərur |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 870[1] km² |
Hündürlük | 952 m |
Əhalisi | |
Əhalisi | 116 600 [2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAR |
Telefon kodu | 994 36 |
Poçt indeksi | 6800 |
Vikianbarda əlaqəli mediafayllar |
Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda + 50 dərəcədən yuxarı qalxmır.
Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası – muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır və.s.
Burada olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. Qazma mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, Şahtaxtı yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.
Şərur rayonu (1930–1964-cü illərdə Noraşen rayonu, 1964–91-ci illərdə İliç rayonu) 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimalda və şimal-şərqdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 811,14 km2 . Rayonda 1 şəhər, 65 kənd yaşayış məntəqəsi var. Mərkəzi Şərur şəhəridir.
Rayon ərazisinə Şərur şəhəri və Yengicə, Alışar, Xələc, Şəhriyar, Muğanlı, Qorçulu, Kürçülü, Kürkənd, Cəlilkənd, Mahmudkənd, Günnüt, Bəhruz Kəngərli, Düdəngə, Zeyvə, Oğlanqala, Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Şahbulaq, Gümüşlü, Axura, Həmzəli, Qarxun, Sərxanlı, Məmmədsabir, Muğancıq Müslüm, Muğancıq Mehrab, Yuxarı Aralıq, Aşağı Aralıq, Siyaqut, Kosacan, Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Xanlıqlar, Ələkli, Vərməziyar, Stansiya Daşarx, Danyeri, İbadulla, Qışlaq Abbas, Ərəbyengicə, Tumaslı, Vayxır, Diyadin, Maxta, Qaraburc, Axamət, Kərimbəyli, Dərvişlər, Çərçiboğan, Babəki, Arbatan, Arpaçay, Çəmənli, Qarahəsənli, Çomaxtur, Püsyan, Təzəkənd, Dəmirçi, Havuş, Yeni Havuş, Xətai, Tənənəm kəndləri daxildir.Şərur rayonu tarixən Azərbaycanın mədəni,iqtisadi,siyasi həyatında mühüm yer tutmuşdur.Şərur rayonu Yallı rəqsinin beşiyidir,yarandığı yerdir.Dahi bəstəkar Üzeyir Hacıbəyov demişdir:"Şərur Azərbaycan Folklor Mədəniyyətinin Beşiyidir". Uzun illər boyu Şərur rayonundan olan Azərbaycanlılar yüksək dövlət vəzifələrində çalışmış və çalışırlar.Şərur Azərbaycanın dövlət quruculuğunda ən mühüm yerə sahibdir.