![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/Shahbulag_Castle_in_2024.jpg/640px-Shahbulag_Castle_in_2024.jpg&w=640&q=50)
Şahbulaq qalası
Ağdam rayonunda qala / From Wikipedia, the free encyclopedia
Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.[5]
Şahbulaq qalası | |
---|---|
![]() Şahbulaq qalasının görünüşü | |
![]() | |
40°03′55″ şm. e. 46°54′21″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | Ağdam[1] |
Yerləşir | Tərnəküt və ya Şahbulağı adlanan ərazi[1] |
Aidiyyatı |
|
Sifarişçi | Pənahəli xan[3] |
Tikilmə tarixi |
Əsası qoyulub: 1751 və ya 1752-ci il İlk xatırlanma: XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi[4] |
Material | çay daşı, yumurta sarısı, əhəng məhlulu |
Vəziyyəti | muzey |
Tipi | Qala |
İstinad nöm. | 4047 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/de/Shahbulag.jpg/640px-Shahbulag.jpg)
Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir.[1]
Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. Son dövrlərdə ermənilər qaladan kilsə kimi istifadə edirlər.[6]