From Wikipedia, the free encyclopedia
Şahsüvar Qadınəfəndi və ya Şahsüvar Xanım (Osmanlı türkcəsi: شہسوار خانم) (2 may 1881, Konstantinopol – 1945, Paris, Fransa) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin ilk xanımı.
Şahsüvar Qadınəfəndi | |
---|---|
شہسوار قادین افندی | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Bobigny məzarlığı |
Həyat yoldaşı | Əbdülməcid Əfəndi (1896-1944) |
Uşağı | Ömər Fərrux Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Şahsüvar xanım 2 may 1881-ci ildə İstanbulda dünyaya gəlmişdir. Ailəsi əslən ubıxdır. Hələ kiçik yaşlarında atası onu saraya tsəlim etmiş, adı dəyişdirilərək Şahsüvar qoyulmuşdur. 15 yaşında 22 dekabr 1896 tarixində Əbdülməcid Əfəndi ilə Çırağan sarayında evləndirilmişdir. Cütlüyün yeganə övladı olan Şahzadə Ömər Fərrux Əfəndi 29 fevral 1898-ci ildə dünyaya gəldi. 1924-cü ilin martında əri və uşaqları ilə birlikdə sürgünə getdi. Əvvəlcə İsveçrədə, daha sonra Fransanın Nitsa şəhərində məskunlaşdılar.
Əri Əbdülməcid Əfəndinin 1944-cü ildəki vəfatından bir il sonra, 1945-ci ildə Parisdə vəfat etmiş, Parisdəki Bobigny məzarlığında dəfn edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.