Şamaxı zəlzələsi (1859)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Şamaxı zəlzələsi.
Şamaxı zəlzələsi — 2 dekabr 1859-cu il Şamaxı quberniyasında baş vermiş zəlzələ[1].
O zaman Azərbaycanın ərazisi Rusiya imperiyasının tərkib hissəsi idi. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağıdılmışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüşdü və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilmişdir.