Şengen razılaşması
From Wikipedia, the free encyclopedia
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.
Cəld faktlar İmzalanma tarixi, İmzalanma yeri ...
Şengen razılaşması | |
---|---|
Benilüks İqtisadi İttifaqı ölkələri, Almaniya Federativ Respublikası və Fransa Respublikası arasında Sərhəd məntəqələrində nəzarət yoxlamalarının tədricən aradan qaldırılması haqqında Saziş | |
| |
İmzalanma tarixi | 14 iyun 1985 |
İmzalanma yeri | Şengen, Lüksemburq |
Qüvvəyə minməsi | 26 mart 1995 |
Tərəflər | İsveçrə, Almaniya Federativ Respublikası, Fransa, Avstriya, Lüksemburq, İspaniya, Portuqaliya, Niderland, Belçika, Danimarka |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.