From Wikipedia, the free encyclopedia
Şimal hamar balina[3] (lat. Eubalaena glacialis) — Əsl balinalar (Balaenidae) fəsiləsinə daxil olan Atlantik okeanın şimal sularında yayılmış balina növü.
Şimal hamar balina adətən 13–16 metr uzunluğa malik olur. Hətta 21 uzunluğa malik olan fərdlər belə müşahidə edilmişdir. Bu cablılarən çəkisi 100 ton təşkil edə bilir. Bütün hamar balinalarda olduğu kimi bun növdə bel üzgəci yoxdur. Bədənin rəngi qaradır. Bədəninə çoxlu sayda parazitlər yapışır. Bəzən bu parazitlər o qədər çox olur ki, böyük ağ ləkəni xatırladır. Bədənin hər hissəsində 300 bığ vardır.
Şimal hamar balina yay ayları subarktik qurşaqlarda belə görünsələrdə, qışda əsasən isti qurşaqlarda yayıllırlar. Atlantik okeanın şərq hissəsində bu növ tamamən nəsli kəsilmişdir. Əvvəllər onları yayda İslandiya sahillərində, qışda isə Biskay körfəzində görmək olurdu. Qərb papulyasiyası isə yayda Yeni İngiltərə sahilləri, qışda isə Meksika körfəzi sularında müşahidə etmək olur.
Bu növün nümayəndələri olduqca ləng hərəkət edirlər. Onların sürəti 8 km/s təşkil edir. Əvvəllər bu növün nümayyəndələri miqrasiyadan öncə bir yerə toplaşırdılar. Hazırda isə bu mümkünsüzdür.
Bu canlılar sahilə çox yaxın yaşadığından ilk balina ovu məhz bu canlılara qarşı istifadə edilmişdir. XVI əsrdə il ərzində 10 minlərlə balina ovlanılırdı. Bir müddət sonra artıq Atlantik okeanın şərq sahillərində artıq onlar nadir hallarda görünürdülər. Sonradan ov Qrenlandiya balinasına qarşı həyata keçirilməyə bsşlanılır. Kolonistlər Şimali Amerikanın şərq sahillərində yeni populyasiya aşkarlayırlar. Artıq XVII və XVIII əsrlərdə bu ərazilərdə belə sayları olduqca azalır. Sonradan Yapon balinasına qarşı ov həyata keçirilməyə başlanılır. 1805–1914 illərdə artıq bu növdə olduqca azalır.
Əvvəllər bu canlıların sayı 100 min baş olaraq qiymətləndirilirdi. Hazırda isə sayları 300 başdır. Ovlarına qadağa qoyulsada papulyasiyanın bərpası baş vermir. Şərq papulyasiyası isə tamamən yoxa çıxmışdır.
Şimal hamar balina əvvəllər Cənub balinası və Yapon balinası ilə birlikdə bir növə daxil edilirdi. Sonradan aparılan araşdırmalar bu canlıların fərli növ olmalarını aşkarlamışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.