Şimali Kipr Türk Respublikası ilçələrinin siyahısı
From Wikipedia, the free encyclopedia
Şimali Kipr Türk Respublikası inzibati cəhətdən 6 ilçəyə bölünmüşdür. İlçələr Şimali Kiprin ən böyük inzibati vahididir. Bu ilçələr isə cəmi 12 bucağa bölünmüşdürlər.
Hər ilçə kaymakam tərəfindən idarə olunur. Kaymakam mərkəzi idarə ilə əlaqə yaradır və ilçədəki fəalliyyətlər haqqında məlumat verir. Kaymakamlıqlar Daxili İşlər və Yerli İdarələr Nazirliyinə bağlıdır. Kaymakamlar səsvermə ilə deyil, vəzifəyə gətirilmə ilə vəzifəyə təyin olunur. Kaymakamla yanaşı kaymakam köməkçisi də olur. Bununla yanaşı idarə sistemini əmələ gətirən digər quruluşlar İlçə Koordinasiya Qurumu və İlçə Təhlükəsizlik Qurumudur.
İlçələr millət vəkili seçkilərində seçki bölgəsi statusundadırlar və millət vəkili ilçəyə görə seçilir.
Güzelyurt və İskələ 1998-ci ildə yaradılmışdır. Bundan əvvəl Güzelyurt ilçəsi Lefkoşa, İskələ ilçəsi isə Qazimağusa ilçəsinə bağlı idi. 2016-cı ildə Lefke ilçəsi yaradılmışdır.