Ştazi
Şərqi Almaniyanin dövlət güvənlik servisi / From Wikipedia, the free encyclopedia
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi.