Ştollen (alm. Stollen və ya alm. Christstollen) — alman mətbəxinə aid milad şirniyyatı[1]. Ştollenin əsasən kişmiş və sukat içlikli forması geniş yayılmış, lakin lalə, qoz-fındıq və marsipandan olan forması da məşhurdur[2]. Ştollenin hazırlanması üçün müəyyən proporsiyalara riayət etməklə ağır maya xəmiri lazımdır. Sukatlı ştollen üçün: 10 kq una — 3 kq-dan az olmayaraq kərə yağı və ya marqarin və 6 kq limon və ya portağal sukatı. Təbii ki hər bişirənin öz ədviyyat və əlavələr resepti vardır ki, bu da ştollenə müxtəlif dadlar verir. Ştollenin bişirilməsindən sonra üzərinə ərinmiş kərə yağı sürtülür və şəkər pudrası səpilir[3][4]. Ştollenin yaranma tarixi isə orta əsrlərə gedib çıxır[5][6][7].

Cəld faktlar Aid olduğu milli mətbəxlər, Mənşəyi ...
Ştollen
Thumb
Aid olduğu milli mətbəxlər
Almaniya mətbəxi
Mənşəyi
Təfərrüatları
Tipi Desert
Bağla

Növləri

Ştollenin müxtəlif növləri vardır:

  • Butterstollen — yağlı ştollen;
  • Dresdner Christstollen — Drezden ştolleni[8];
  • Mandelstollen — badamlı ştollen;
  • Marzipanstollen — marzipanlı ştollen;
  • Mohnstollen — laləli ştollen;
  • Nussstollen — qoz-fındıqlı ştollen;
  • Quarkstollen — kəsmikli ştollen;
  • Champagnerstollen — şampanlı ştollen;
  • Rotweinstollen — qırmızı çaxırlı ştollen;
  • Schokostollen — şokoladlı ştollen.

Qalereya

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.