Şuri qəsri
From Wikipedia, the free encyclopedia
Şuri qəsri (首里城, Shuri-jō?, okin. Sui Gushiku[2]) – Yaponiyanın Okinava prefekturasının Naha şəhərinin Şuri rayonunda yerləşən Ryukyu qusukusu. Sanzan dövründə tikildiyi güman olunur. Okinava prefekturasının simvollarından biridir.
Şuri qəsri | |
---|---|
首里城 | |
26°13′01″ şm. e. 127°43′10″ ş. u. | |
Ölkə | Yaponiya |
Şəhər | Şuri, Naha, Okinava prefekturası |
Yerləşir | Naha, Okinava prefekturası |
Tikilmə tarixi |
İnşası: XIV əsr Bərpası: 1958–1992 |
Üslubu | qusuku |
Sahəsi |
|
Material | Ryukyu əhəngi, taxta |
Vəziyyəti | yanğın nəticəsində məhv olub[1] |
Rəsmi sayt |
oki-park.jp/shurijo/en/ oki-park.jp/shurijo/ oki-park.jp/shurijo/kr/ oki-park.jp/shurijo/sc/ oki-park.jp/shurijo/tc/ |
Rəsmi adı: Ryukyu krallığının qusukuları və əlaqəli tikililəri | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii, iv |
Təyin edilib | 2000 |
İstinad nöm. | 972 |
Dövlət | Yaponiya |
Region | Asiya və Sakit okean |
Vikianbarda əlaqəli mediafayllar |
1429-1879-cu ildə Ryukyu krallığının sarayı olmuş, dövlətin siyasi, mədəni, hərbi və dini mərkəzi olmuşdur. Ryukyu krallığı ilə Çin münasibətlərinin inkişafında əhəmiyyəti olmuşdur. 1609-cu ildə yaponların əlinə keçsə də, 2 il sonra qaytarılmışdır. 1879-cu ildə Ryukyu krallığı Okinava prefekturası kimi Yaponiyaya daxil olandan sonra qəsr əhəmiyyətini itirməyə başlamışdır. Həmin tarixdən sonra uzun müddət baxımsız vəziyyətdə qalmışdır.
1945-ci ildə İkinci dünya müharibəsi zamanı baş tutan Okinava döyüşü zamanı qəsr ABŞ donanması tərəfindən 3 gün boyunca bombardman edilmiş və tamamilə dağılmışdır. Müharibədən sonra qəsr universitet korpusu kimi istifadə olunmuşdur. 1992-ci ildən başlayaraq mərkəzi iç qala və divarlar tarixi qeydlər, fotoşəkillər və memuarlar əsasında orijinal yerdə yenidən inşa olunmuşdur. 2000-ci ildə YUNEKO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 21 oktyabr 2019-cu ildə qəsrin əsas strukturları yanğın nəticəsində tamamilə yanmışdır.[3]