Əfrasiyab Bədəlbəyli
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Əfrasiyab (dəqiqləşdirmə).
Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli (6 (19) aprel 1907, Bakı – 6 yanvar 1976, Bakı) — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960).
Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Əfrasiyab Bədəlbəyli | |
---|---|
Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Atası | Bədəl bəy Bədəlbəyli |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor |
Janr | opera |
Təhsili |
|
Mükafatları |
1960 1959 1946 1967 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.
Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.).