Əhmədbəyli bələdiyyəsi (Füzuli)
Füzuli rayonunda bələdiyyə From Wikipedia, the free encyclopedia
Remove ads
Əhmədbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
Remove ads
Tarixi
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[1] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsidir.
22.04.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 19.02.2020-ci il tarixli 04 nömrəli Protokolunun[2] 3-cü Qərarı ilə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[3] təsdiq olunmuş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamə"yə əsaəsn "Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası" Horadiz şəhərində yaradılmış və Füzuli rayonunda fəaliyyət göstərən bütün bələdiyyələr həmin Şuraya üzv olmuş, Horadiz bələdiyyəsinin sədri eyni zamanda Şura sədri seçilmişdir.
2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[5] və İmişli Regional Ədliyyə İdarəsi[6] həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının[8] üzvü olmuşdur.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[5] və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir[6].
19.02.2020-ci il tarixli 04 nömrəli Protokolunun[2] 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul olunub və onun 28.04.2025-ci tarixli 06 nömrəli Protokolunda[9] təsbit eidlmiş 3-cü Qərarı ilə ləğv edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[10] 18-ci hissəsinə əsasən: "18.3. Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yenidən təşkil edilib.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla[11] təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub. Onlardan da biri bu Bələdiyyədir.
28.04.2025-ci tarixli 06 nömrəli Protokolunda[9] təsbit eidlmiş 1-ci Qərarı ilə Bələdiyyənin üçüncü Nizamnaməsi qəbul edilib.
Remove ads
Mərkəzi və ərazisi
Nizamnaməsinin[9] 1.5-ci bəndinə əsasən Bələdiyyənin məkəzi Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşir.
Həmin Nizamnaməyə əsasən Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:
Remove ads
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[17] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[18] və Qarabağ Regional Ədliyyə İdarəsi[19] vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Bələdiyyənin rəsmi əlaqə məlumatları aşağıdakılardır:
e-poçt ünvanı: ehmedbeylibelediyyesi1@gmail.com[20]
Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1370 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6305 nəfər yaşayır.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads