Əlavə dalaq
From Wikipedia, the free encyclopedia
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də[1] rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir[2] və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə[2] və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər.[1]
Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır.