Əziz Səncər
Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı, 2015-ci il Nobel mükafatı laureatı / From Wikipedia, the free encyclopedia
Əziz Sancar (türk. Aziz Sancar; 8 sentyabr 1946[1]) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.[3][4]
Əziz Səncər | |
---|---|
türk. Aziz Sancar | |
Doğum tarixi | 8 sentyabr 1946(1946-09-08)[1] (77 yaş) |
Elm sahələri | DNT təmiri, Sirkad ritmi, biokimya[2], Molekulyar biologiya[2], dezoksiribonuklein turşusu[2] |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
sancar.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil oldu.[5][6][7]