1958 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
Cəld faktlar 1958 Avroviziya Mahnı Müsabiqəsi, Final ...
1958 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 12 mart 1958 |
Aparıcı(lar) | Hanni Lips |
Kanal | NOS |
Keçirilən yer | AVRO Studios, Hilversum, Niderland |
Qalib mahnı | Fransa "Dors, Mon Amour" |
Seçki sistemi | Hər ölkənin 10 münsifi var idi və hər bir münsif bəyəndikləri mahnıya 1 xal verə bilirdi |
İştirakçıların sayı | 10 |
İlk dəfə iştirak edən ölkələr | İsveç |
İştirakdan imtina edən ölkələr | Böyük Britaniya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1957 1959 ► |
Bağla