![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/05/2008_Sichuan_earthquake_map_no_labels.svg/langaz-640px-2008_Sichuan_earthquake_map_no_labels.svg.png&w=640&q=50)
2008 Sıçuan zəlzələsi
From Wikipedia, the free encyclopedia
Sıçuan zəlzələsi (Çin. 四川 大 地震) 12 may 2008-ci il tarixində Çinin Sıçuan əyalətində Pekin vaxtı ilə (saat 06: 28) saat 14: 28 radələrində baş verən dağıdıcı bir zəlzələdir. Zəlzələnin gücü Çin Seysmoloji Bürosunun məlumatlarına görə 8 Mw, ABŞ Geoloji Xidmətinə görə 7.9 Mw (Rixterə görə) ballıq şkala ilə qiymətləndirilir. Zəlzələnin episentri Siçuanın paytaxtı Chengdudan 75 km məsafədə, 19 km dərinlikdə qeydə alınıb. [2]Bu zəlzələ Venchuan (Çin. 汶川 大 地震) zəlzələsi olaraq da bilinir, çünki zəlzələnin episentri Venchuan əyalətindədir. Zəlzələ Pekində (məsafə 1500 km) və Şanxayda (1700 km) hiss edildi, burada ofis binaları sarsıldı və evakuasiya başladı.[3] Həmçinin qonşu ölkələrdə də hiss olunmuşdu Hindistan, Pakistan, Tayland, Vyetnam, Banqladeş, Nepal, Monqolustan və Rusiyada. Rəsmi mənbələr 4 Avqust 2008-ci il tarixinə 69.197 nəfərin öldüyünü, təxminən 18 min insanın itkin düşdüyünü, 288.431 nəfərin yaralandığını söylədi.[4] [5]Zəlzələ, Çin-Tibet dağlarından ayıraraq Sıçuan hövzəsinin qərb kənarı boyunca uzanan seysmik cəhətdən aktiv olan Longmenşan fayında meydana gəldi. Rəssam Ai Veivei qurbanlar haqqında rəsmi statistikaya düşməyən məlumatları yayımladığı üçün, habelə zəlzələyə meylli binaların inşasına səbəb olan yerli hakimiyyət orqanlarındakı korrupsiyanı araşdırdığı üçün həbs cəzası aldı. 2008 Olimpiya oyunları fəlakətdə ölən insanların xatirəsinə dayandırıldı və 2008 Sıçuan zəlzələsindən sonra iki yoldaşını dağıntılar altından qurtaran məktəbli Lin Hao açılış mərasimində Çin bayrağını daşımaq hüququ qazandı.
2008 Sıçuan zəlzələsi | |
---|---|
![]() | |
Tarix | |
Maqnituda | 7,95 ± 0 bal |
Hiposentrin dərinliyi | 19 km |
Episentrin yeri | |
Ölənlər |
|
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
![]() |