2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 7-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 21 noyabr 2009-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmişdir. Ukrayna müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Müsabiqədə 13 ölkə iştirak etmişdir. Bu ölkələrdən İsveç 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2008-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Litva və Yunanıstan 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Cəld faktlar Final, Aparıcı(lar) ...
2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 21 noyabr, 2009 |
Aparıcı(lar) | Ani Lorak, Timur Miroşniçenko Dmitro Borodin |
Kanal | NTU |
Keçirilən yer | Kiyev İdman Kompleksi, Kiyev, Ukrayna |
Qalib mahnı | Ralf Makenbax "Click Clack" |
İştirakçıların sayı | 13 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | İsveç |
İştirakdan imtina edən ölkələr | Bolqarıstan Litva Yunanıstan |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2008 2010 ► |
Bağla
Kiyevdə keçirilən 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Click Clack" mahnısı ilə Niderland təmsilçiləri Ralf Makenbax qalib gəlmişdir.