2010 FİFA Dünya Kuboku finalı
From Wikipedia, the free encyclopedia
2010 FİFA Dünya Kuboku finalı — 11 avqust 2010-cu ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən Sokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu və İspaniya kubokun sahibi oldu. Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu. 1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı. 1974 və 1978-ci illərdə məğlub olduğu son matçlardan sonra Niderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu.
2010 FİFA Dünya Kuboku finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | FİFA Dünya Kuboku 2010 | ||||||
|
|||||||
Uzatma dəqiqələri nəticəsində | |||||||
Tarix | 11 avqust 2010 | ||||||
Yer | Sokker siti, Yohannesburq | ||||||
Matçın adamı | Andres İnyesta (İspaniya) | ||||||
Hakim | Hovard Uebb (İngiltərə) | ||||||
Tamaşaçı | 84.490 | ||||||
Hava | Buludlu | ||||||
← 2006 2014 → |
Finalçı komanda olan Niderland və İspaniya daha əvvəl heç bir Dünya Kuboku və ya Avropa Çempionatında qarşılaşmamışdı. İlk dəfə 1920 Yay Olimpiya Oyunlarında qarşılaşan iki komanda arasında ümumi 9 matç oynandı.[1] Hər iki komanda dörd oyun qazandı və bir matç bərabərliklə sona çatdı.[1]
Hər iki komanda daha əvvəl Dünya Kubokunu qazanmamışdı. Niderland iki dəfə finala yüksəlmiş və məğlub olmuşdu. 1974 Dünya Kuboku finalında Almaniyaya 2-1,[2] 1978 Dünya Kuboku finalında isə Argentinaya 3-1 hesabı ilə məğlub olaraq hər iki turnirdə ikinci oldu.[3] İspaniya üçün finala qədər yüksəlmək FİFA Dünya Kuboku tarixində ən böyük müvəffəqiyyət oldu. 1950 Dünya Kubokunda dördüncü yeri tutan İspaniya; 1934, 1986, 1994 və 2002-ci illərdə isə dörddəbir finala yüksəldi.[4] İspaniya, Dünya Kuboku finalında oynayan 12-ci fərqli komanda oldu.[5]
Matçın sonunda Niderland yüksəldiyi finalların dördünü məğlub olan Almaniyanın arxasından, finalda ən çox məğlub olan ikinci komanda oldu.[5] İspaniya isə qazandığı kubokla Dünya Kubokunu qazanan 8-ci ölkə olaraq, kubok baxımından İngiltərə və Fransaya bərabər oldu.[5]