2011 Avroviziya Mahnı Müsabiqəsi
Ümumavropa mahnı müsabiqəsi / From Wikipedia, the free encyclopedia
2011 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2011; fr. Concours Eurovision de la chanson 2011) — sayca 56-cı Avroviziya Mahnı Müsabiqəsidir. Lena Meyer-Landrutun ifa etdiyi "Satellite" mahnısı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2011-ci ildə Almaniya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın Düsseldorf şəhərində Esprit arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2011-ci ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur.
2011 Avroviziya Mahnı Müsabiqəsi "Feel Your Heart Beat!" "Qəlbinin döyüntüsünü hiss et!" | |
---|---|
I yarımfinal | 10 may 2011 |
II yarımfinal | 12 may 2011 |
Final | 14 may 2011 |
Aparıcı(lar) | Anke Enqelke Cudit Rayker Ştefan Raab |
Direktor | Yon Ola Sand |
Kanal | ARD/NDR |
Keçirilən yer | Esprit arena Düsseldorf, Almaniya |
Qalib mahnı | Azərbaycan "Running Scared" |
Seçki sistemi | Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi |
İştirakçıların sayı | 43 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Avstriya İtaliya Macarıstan San-Marino |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2010 2012 ► |
2011-ci ildə 13 illik fasilədən sonra İtaliya, üç illik fasilədən sonra Avstriya, iki illik fasilədən sonra San-Marino və bir illik fasilədən sonra Macarıstan Avroviziyaya geri dönmüşdür. Ümumilikdə 43 ölkənin iştirak etdiyi Avroviziya 2011-də Azərbaycan təmsilçiləri olan Eldar Qasımov və Nigar Camal ifa etdikləri "Running Scared" adlı mahnı ilə 221 xal toplayaraq qalib gəlmişdirlər. Bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulan Azərbaycanın Avroviziyada ilk qalibiyyəti idi.