2011 Boks üzrə dünya çempionatı
From Wikipedia, the free encyclopedia
Boks üzrə 16-cı dünya Çempionatı 2011-ci ilin sentyabrın 22-dən oktyabrın 10-dək Bakıda Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmişdir.[1].
2011 Boks üzrə dünya çempionatı | ||||
---|---|---|---|---|
2011 Boks üzrə dünya çempionatı | ||||
Məlumat | ||||
Şəhər | Bakı, Azərbaycan | |||
Açılış mərasimi | 22 sentyabr | |||
Bağlanış mərasimi | 10 oktyabr | |||
Ölkə sayı | 127 | |||
İdmançı sayı | 685 | |||
Keçirildiyi yer | Heydər Əliyev adına İdman Arenası |
AIBA himayəsi altında təşkil edilən həvəskar boks üzrə dünya çempionatı ilk dəfə olaraq çox sayda iştirakçı toplayıb.Dünya çempionatlarında əvvəlki rekord 2009-ci ildə Milanda (İtaliya) qeydə alınmışdır.[2][3]
Bu turnir 2012 Olimpiya Oyunlarının təsnifatı idi. 127 ölkədən 685 boksçu lisenziyalar üçün mübarizə apardı.[4].
Seçmə oyunlar sentyabrın 26-da başlayıb, final oyunları oktyabrın 8-də keçirilib.