2017 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2017 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2017; fr. Concours Eurovision de la chanson 2017) — 62-ci Avroviziya Mahnı Müsabiqəsidir. Camalanın ifa etdiyi "1944" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində "Fərqliliyi qeyd edək" (ing. "Celebrate Diversity") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur.
2017 Avroviziya Mahnı Müsabiqəsi "Celebrate Diversity" "Fərqliliyi qeyd edək" | |
---|---|
I yarımfinal | 9 may 2017 |
II yarımfinal | 11 may 2017 |
Final | 13 may 2017 |
Aparıcı(lar) | Oleksandr Skiçko Volodımır Ostapçuk Timur Miroşnıçenko |
Direktor | Yon Ola Sand |
Kanal | NTU |
Keçirilən yer | Kiyev Beynəlxalq Sərgi Mərkəzi Kiyev, Ukrayna |
Qalib mahnı | Portuqaliya "Amar Pelos Dois" |
Seçki sistemi | 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 42 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Portuqaliya Rumıniya |
İştirakdan imtina edən ölkələr | Bosniya və Herseqovina Rusiya |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2016 2018 ► |
2017-ci ildə bir illik fasilədən sonra Portuqaliya və Rumıniya müsabiqəyə geri dönmüşdür. Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya Samoylovanın Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur. Rusiyaya Kiyevə digər bir təmsilçi göndərmək şansı verilsə də, 13 aprel 2017-ci il tarixdə Pervıy Kanal Rusiyanın Kiyevdə baş tutan müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2017-də Portuqaliya təmsilçisi Salvador Sobral ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 758 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1964-cü ildə qoşulan Portuqaliyanın Avroviziyada ilk qalibiyyəti idi. 2017-ci ildə müsabiqəni televiziya vasitəsilə 182 milyon tamaşaçı izləmişdir.