Abxaziyada müharibə (1992–1993)
1992-1993-cü illərdə Abxaziyada müharibə / From Wikipedia, the free encyclopedia
Abxaziyada müharibə — 1992–1993-cü illərdə Gürcüstan hökumət qüvvələri ilə Abxaziya separatçı qüvvələri, Rusiya hökumət silahlı qüvvələri və Şimali Qafqaz silahlıları arasında olan hərbi münaqişə. Müharibə zamanı Abxaziyada yaşayan etnik gürcülər əsasən Gürcüstan hökumət qüvvələrinin tərəfində çıxış etmişdilər. Abxazlar, erməni və ruslar[25] isə müharibədə Abxaz separatçıları tərəfdə döyüşmüşdülər[26][27][28] Müharibə zamanı separatçılar minlərlə Şimali Qafqaz və Kazak yaraqlılarından və Abxaziya sərhədində yerləşən Rusiya Federasiyası hərbi qüvvələrindən dəstək almışdılar.[29][30]
Abxaziyada müharibə | |||
---|---|---|---|
Gürcü-abxaz münaqişəsi və Gürcüstanda vətəndaş müharibəsi | |||
| |||
Tarix | 14 avqust 1992 — 30 sentyabr 1993 | ||
Yeri | Abxaziya Muxtar Respublikası, Qərbi Gürcüstan | ||
Nəticəsi |
Abxaziya separatçılarının qələbəsi[1][2] * Abxaziya faktiki olaraq müstəqil bir respublikaya çevrildi, lakin beynəlxalq səviyyədə Gürcüstanın bir hissəsi kimi tanınır * Abxaziyada gürcülərin etnik təmizlənməsi * Gürcüstan Müstəqil Dövlətlər Birliyinə qoşulmaq məcburiyyətində qaldı |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu münaqişənin alovlanması Gürcüstanda vətəndaş müharibəsi (devrilmiş Gürcüstan prezidenti Zviad Qamsaxurdiya tərəfdarları arasında - 1991-1992-ci illərdə və dövlət çevrilişindən sonra Eduard Şevardnadzenin rəhbərliyi ilə) gedişində baş verdi və Abxaziyada gürcülərin vəziyyətini daha da ağırlaşdırdı. Hələ üstəlik 1989-cu ildən bəri Cənubi Osetiya münaqişəsi də davam edirdi.
1993-cü il sentyabrın 27-də baş vermiş 2 saatlıq döyüşdən sonra Nazirlər Sovetinin binası ələ keçirilir. Nəticədə abxazlar tərəfindən Abxaziya hökumətinin ali idarə heyəti məhkəməsiz, ittihamsız güllələnir. Onların arasında Abxaziya Nazirlər Sovetinin sədri Jiuli Şartava, Dövlət müşaviri Vaxtanq Gegelaşvili, Nazirlər Şurasının əməkdaşı Sumbat Saakyan, Sənaye naziri Raul Eşba, Suxumi icra başçısı Quram Qabiskiriya, Mətbuat Şurasının rəhbəri Aleksandr Berulava və başqaları var idi. Bundan sonra isə mülki əhaliyə qarşı vəhşicəsinə hücum başlamış və nəticədə şəhərdə etnik təmizləmə aparılmışdır(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sənədlərinə görə).[31] 1993-cü ilin oktyabr ayında BMT baş katibi tərəfindən göndərilən araşdırma missiyası həm abxazlar, həm də gürcülər tərəfindən törədilən çoxsaylı və ciddi insan haqları pozuntularını aşkar etmişdi.[32]
Müharibə nəticəsində 13-20 min arası etnik gürcünün və təxminən 3 min abxazın öldürüldüyü, 250.000-dən çox gürcünün məcburi köçkün olduğu və ya qaçqın düşdüyü bildirilir. Həmçinin müharibə nəticəsində 2 min nəfərin itkin düşdüyü də göstərilir. Müharibənin nəticələri postsovet Gürcüstanına ciddi dərəcədə təsir göstərmiş, ona xeyli maddi, insani və psixoloji zərər vermişdir. Müharibədən sonra da bölgədə bir sıra döyüşlər və silahlı qarşıdurmalar baş vermişdir.
1994-cü il mayın 14-də Gürcüstan və Abxaziya tərəfi Moskvada BMT baş katibinin Xüsusi Elçisinin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı Cenevrə danışıqları çərçivəsində hazırlanmış Atəşkəs və Qüvvələrin Ayrılması Sazişini imzaladılar. Bu sənəd və MDB Dövlət Başçıları Şurasının sonrakı qərarı əsasında, 1994-cü ilin iyun ayından etibarən vəzifəsi atəşin davam etdirilməməsini təmin etmək məqsədi ilə MDB-nin Kollektiv Sülhməramlı Qüvvələri (tam olaraq Rusiya hərbçiləri tərəfindən komplektləşdirilmiş) münaqişə zonasında yerləşdirilmişdir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası Sazişin həyata keçirilməsini və 2009-cu il iyunun 15-nədək fəaliyyət göstərən Abxaziyadakı MDB sülhməramlı qüvvələrinin fəaliyyətini izləmək üçün yerləşdirilmişdir.[33].